waplog

Balakən Telekommunikasiya Qovşağı tərəfindən yeni xidmətlərin tətbiqinə başlanılıb


Balakən Telekommunikasiya Qovşağı tərəfindən yeni xidmətlərin tətbiqinə başlanılıb. Qovşağın rəisi Şamil Məmmədovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, yeni xidmət telefonla vətəndaşlara reklam məlumatlarının çatdırılmasıdır. Onun sözlərinə görə, ilk öncə kommunal xidmət haqlarına görə borclar barədə məlumatların verilməsi xidmətlərinə başlanılması qərara alınıb.

Yəni vətəndaşın mənzilinə zəng gəlir və dəstəyi götürən vətəndaşa elektrik enerjisinə görə nə qədər borcu olması barədə xəbərdarlıq edilir.”Artıq sığorta şirkətləri də bu xidmətlə maraqlanırlar. Bu, qovşaq üçün böyük gəlir mənbəyi ola bilər. Telefon borclarına görə xəbərdarlıq xidməti baza rolunu oynayır. Bu təcrübədən bəhrələnib xidməti daha da genişləndirmək olar”.

Hazırda rayonda telefon şəbəkəsinin genişləndirildiyini bildirən rəis bu istiqamətdə Katex kəndində kompleks işlər görüldüyünü bildirib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL