waplog

“Sığortaolunanlara məlumatların verilməsi” elektron xidmətindən istifadə proseduru açıqlanıb


Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun rəsmi internet səhifəsində fondun göstərdiyi "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidmətindən istifadəyə dair təlimat yerləşdirilib.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, təlimatda qeyd olunur ki, xidmətdən istifadə etmək üçün sığortaolunanlar "www.e-gov.az" Elektron Xidmətlər Portalına daxil olurlar. Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlərin siyahısından "Sığortaolunanlara məlumatların verilməsi" xidmətini seçirlər. Sonra "Xidmətə keçid" düyməsinə basmaqla portala daxil olmaq üçün autentifikasiya vasitələrinin təklif olunduğu pəncərə açılır:

"Vətəndaş bölməsini seçərək açılan pəncərədə qeydiyyatdan keçmək üçün "Davam et" düyməsini basır. Bu zaman portala daxil olmaq üçün əlavə pəncərədə qeydiyyat səhifəsi açılır. Səhifədə "Qeydiyyat üçün videotəlimat" və "İstifadəçi üçün təlimat və istifadə qaydaları" adlı köməkçi menyular mövcuddur".

İstifadəçi qaydalarını oxuduqdan və qəbul etməsini işarələdikdən sonra "Davam et" düyməsinə basmaqla müvafiq pəncərə açılır: "İlk növbədə şəxsiyyəti təsbit etmək üçün şəxsiyyət vəsiqəsinin nömrəsini və sağ aşağı küncündəki, axırdan birinci rəqəmi buraxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət PİN kodu, eləcə də sistemin ekrana çıxardığı təhlükəsizlik kodunu daxil etmək tələb olunur.

"Məlumatları yoxla" düyməsinə basdıqdan sonra, sistem Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin "Giriş-çıxış və qeydiyyat" İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemində sorğu edənin məlumatlarını yoxlayır və qeydiyyatı davam etmək üçün növbəti pəncərə açılır".

Burda bir məsələni nəzərə almaq lazımdır ki, sistem istifadəçinin "Dövlət sosial sığorta şəhadətnaməsi"nin, "Sürücülük vəsiqəsi"nin və "Ümumvətəndaşlıq pasportu"nun olduğunu müəyyənləşdirir və müvafiq məlumatların daxil edilməsini tələb edir.

Müvafiq məlumatlar daxil edildikdən sonra sistem tərəfindən yoxlanılır və yoxlama müvəffəqiyyətlə nəticələndiyi təqdirdə İstifadəçinin aktivasiyası mərhələsinə keçid təmin edilir. İstifadəçi istər elektron poçt, istərsə də onun adına olan mobil telefon vasitəsilə aktivasiya kodunu əldə etmək üçün müraciət edə bilər. Hansı vasitəni seçməsindən asılı olmayaraq əldə edilmiş aktivasiya kodu daxil edilərək hesab aktivləşdirilir:

"Hesab aktivləşdirildikdən sonra istifadəçi "Sığortaolunanlara məlumatların verilməsi" xidmətini seçərək "Xidmətə keçid" düyməsinə basmaqla yenidən portala daxil olur və bölməsini seçərək açılan pəncərədə məlumatlarını yazaraq autentifikasiyadan keçir". İstifadəçi daha öncədən müəyyənləşdirdiyi istifadəçi adı və parolu daxil edərək elektron xidmətə daxil olur. Burda istifadəçiyə iki növ məlumat təqdim olunur: pensiya kapitalı və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatları əldə edir.

"Pensiya kapitalı barədə məlumat" menyusunu seçməklə sığortaolunanlar illər ərzində toplanmış pensiya kapitalı barədə məlumatları əldə edirlər.

Qeyd olunan məlumatları "PDF" formatda saxlamaq üçün "PDF" düyməsini basmaq kifayətdir. "Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların əldə edilməsi" menyusunu seçməklə müvafiq pəncərə açılır:

"Açılan pəncərədə lazım olan ili seçib "Göndərmək" düyməsinə basmaqla həmin il ərzində məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı, sığortaedənin adı, VĞEN-i və DSMF-dəki uçot nömrəsi barədə məlumatların ekrana əks olunması təmin edilir. "Ətraflı" düyməsinə basmaqla məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının həmin ilin ayları üzrə açıqlamasına baxmaq mümkündür".

Xatırladaq ki, qeyd olunan məlumatları lazım olduqda bir neçə sığortaedən üzrə də əldə etmək mümkündür.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL