waplog

“Azneft” İB-nin texnoloji obyektlərində avtomatlaşdırma sahəsində bir sıra uğurlu işlər görülüb


Son illər "Azneft" İstehsalat Birliyinin texnoloji obyektlərində istehsalat proseslərinin avtomatlaşdırılması işləri geniş vüsət almağa başlayıb: "İstehsal proseslərinin nəzarət və idarə olunmasının təkmilləşdirilməsinə hazırda böyük önəm verilir.

Bu baxımdan obyektlərin yeni layihələrinin həyata keçirilməsində, əsaslı tikinti, yenidənqurma və modernləşdirilməsi zamanı müasir informasiya texnologiyaları və rabitə kommunikasiya elementləri bazasında yaradılmış avtomatlaşdırılmış nəzarət və idarəetmə sistemlərinə xüsusi diqqət yetirilir".

"ICTnews" elektron xəbər xidmətinin istinadən "Azneft" İB-yə istinadən verdiyi məlumata görə, ötən il ayrı-ayrı podratçı təşkilatların birliyin istehsalat sahələrində ("NUR", "ARAZ", AQPQ, PTP və s. tipli) müasir proqram təminatlı texnoloji proseslərə avtomatik nəzarət və idarəetmə sistemləri tətbiq edilib. Növbəti belə bir sistem Qaz Anbarları İstismarı İdarəsində Qalmaz Qaz Saxlama Sahəsinin Qaz Paylama Məntəqəsində müasir məntiqi elementlər, cihaz və avadanlıqlar bazasında PLS proqram təminatlı (PLC SKADA) operator nəzarət və idarəetmə sistemi qurulub, sazlanıb və istismara verilib:

"Sistem kompleks şəkildə qazvurma və qazgötürmə mövsümündə quyuların qaz sərfinə, təzyiqinə və temperaturuna nəzarət etməklə yanaşı kompüter (proqram) vasitəsilə operator idarəetmə otağından quyunun işci təzyiqindən asılı olaraq kəsici klapanların, dozator nasoslarının, separator blokunda səviyyədən asılı olaraq maye cıxışları klapanlarının avtomatik idarə olunmasına, metanol çənləri blokunda metanolun, aparatlar və maye cənləri blokunda təzyiq və maye səviyyəsinə avtomatik nəzarətin həyata keçirilməsinə imkan verir. Eyni zamanda qaz ölçü qovşaqlarında 4 kanallı Floboss-107 tipli elektron qaz sayğacı quraşdırılıb və sistemlə əlaqələndirilib".

Göstərilən texnoloji parametrlərin nəzarət və idarə olunması, məlumatların yığılması, yaddaşa daxil edilməsi və arxivləndirmə imkanı quyularda tədqiqat işlərinin aparılması üçün də əlverişli şərait yaradır. Tətbiq olunan sistemlərə texniki xidmətin göstərilməsi və səmərəliliyin artırılmasından ötrü NÖC və avtomatika sahəsində çalışan mühəndis-texniki işçilərin bilik və təcrübələrinin artırılması istiqamətində intensiv iş aparılır.

İstehsalat proseslərinin təhlükəsiz və fasiləsiz istismarını təmin etmək məqsədilə kadrların (PLS proqramlı) məntiqi elementlər, cihaz və avadanlıqlar bazasında qurulmuş idarəetmə və nəzarət sisteminin mənimsənilməsinə ciddi fikir verilir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL