Tıxacların yaranma səbəbi məlum olub
Mobil telefonlar vasitəsilə toplanılmış məlumatlara əsasən, ilk dəfə olaraq tıxacların yaranma səbəbini aydınlaşdırmaq mümkün olub. Boston nümunəsində məlum olub ki, avtomobillərin şəhər küçələrində toplanmasında yalnız pis vəziyyətdə olan yollardan istifadədə sürücülərin bir neçə faizi günahkardır.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, araşdırmanı 680 min sürücünün marşrutu haqqında anonim toplanılmış məlumatlara əsaslanaraq Massaçusets Texnologiya İnstitutu və Berkli Universiteti keçirib.
Alimlər lazımi digər məlumatları mobil rabitə operatorlarından əldə ediblər. Nəticədə məlum olub ki, Boston şəhərinin yollarının 98 faizinin keçirtmə qabiliyyəti pik vaxtlarında kifayət qədər yüksəkdir. Lakin əgər yolların cəmisi 2%-də problem yaranırsa, o zaman az yüklənmiş yollarda da tıxaclar yaranmağa başlayacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL