“Tilera” şirkəti 72 nüvəli prosessorunu təqdim edib
Mikroprosessor bazarının yeni "oyunçu"su "Tilera" şirkəti prosessor bazarını çoxnüvəli həlləri ilə təəccübləndirməyə davam edir. Belə ki, şirkət yeni 72 nüvəli prosessorunu təqdim edib. Həmçinin bildirib ki, yaxın vaxtlarda 100-dən çox nüvə ilə təchiz edilmiş çip istehsal etməyi planlaşdırır.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, şirkətdən verilən məlumata əsasən, yeni çipin mühüm xüsusiyyətlərindən biri odur ki, nüvələr ayrı-ayrılıqda güclü olmasa da, ümumi halda isə tamamilə müxtəlif verilənləri eyni anda emal edə bilər.
Bu xüsusiyyət, məsələn, şəbəkə kommutatorlarının işində çox faydalı ola bilər, çünki şəbəkə qurğuları onlarla müştərinin trafikini eyni anda emal etməli olur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL