Yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcılar tamamilə ləğv ediləcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş yeni proqram sistemlərinin ilkin təqdimatı keçirilib və müvafiq mövzular ətrafında müzakirələr aparılıb. Komissiyadan verilən məlumata görə, təqdimatda ilkin olaraq "Yazı işlərinin yoxlanması sistemi" barədə məlumat verilib.
Sistemin müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı İlqar Mahmudov proqramın imkanlarından geniş bəhs edib. Gələcəkdə internet vasitəsilə istifadəsi nəzərdə tutulan həmin proqram müxtəlif məzmunlu imtahanlarda namizədlərin yazı işlərini yoxlayan ekspertlərə (markerlərə) bu işi daha səmərəli və anonim şəkildə həyata keçirməyə imkan yaradacaq.
Bu sistem vasitəsilə ucqar bölgələrdə yaşayan, eləcə də ev şəraitində çalışmaq istəyən müəllimlərin də marker kimi fəaliyyətinə imkan yaradılacaq.
Növbəti təqdimat "Nəzarətçilərin elektron qeydiyyat sistemi"nə həsr olunub. Proqramın müəllifi, İnformasiyalaşdırma və texnoloji təminat şöbəsinin əməkdaşı Elməddin Muxtarzadə nəzarətçilər bazasının idarə edilməsi və məlumatların operativ yenilənməsinə imkan yaradacaq bu proqram təminatı, onun ayrı-ayrı komponentləri barədə ətraflı məlumat verib.Yaxın gələcəkdə nəzarətçi-müəllimlərə dair məlumat bazalarında kağız daşıyıcıların tamamilə ləğvi nəzərdə tutulur ki, bu sistem həmin məqsədin reallaşmasına xidmət edir. Daha sonra təqdim olunan proqram təminatının bir qədər də təkmilləşdirilməsi ilə bağlı təklif və qeydlər dinlənilib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL