waplog

“Apple”-a hücum ediblər


Hakerlər Amerikanın “Apple” korporasiyasının daxili şəbəkəsinə hücum ediblər. Bu barədə şirkətin bəyanatına istinadən “France-Presse” agentliyi məlumat verib.

“ICTnews.az” elektron xəbər xidməti “1news.az” saytına istinadən bildirir ki, "Apple” şirkətinə edilən hücum zamanı proqram təminatı tərtibatçıları üçün nəzərdə tutulmuş saytların biri vasitəsilə yayılan zərərli proqramdan istifadə edilib" – "alma" nümayəndələri bildirib.

Virusa yoluxmuş az sayda “Apple” kompüteri artıq aşkar edilərək şirkətin ümumi şəbəkəsindən təcrid edilib. Şirkətin məlumatına əsasən, hakerlər mühüm məlumat ələ keçirə bilməyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL