waplog

Nağdsız ödənişlərə maraq artır


Azərbaycanda nağdsız ödənişlərin səviyyəsini artırmaq üçün bir sıra addımlar atılır. Lakin bütün bunlara rəğmən hələlik nağdsız ödənişlərin aparılması istənilən səviyyədə deyil. Ona görədir ki, ölkədə nağd pul kütləsinin səviyyəsi artmaqdadır.

"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, Mərkəzi Bank hər 100 manat əskinas alanlardan 30 qəpiyin tutulması istiqamətində konkret işlərə başlayıb. MB bildirir ki, mövcud qanunvericilikdən irəli gələrək ölkənin makroiqtisadi inkişaf templərini, tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi üçün mütəmadi olaraq qiymətləndirmələr aparır.

Həmin qiymətləndirmələr və monitorinqlərin nəticəsində ölkə ərazisində nağd pulla əməliyyatların səmərəliliyinin artırılması, pul nişanlarının nominal strukturunun optimallaşdırılması, hesablaşmalarda nağd puldan istifadənin azaldılması və nağdsız ödəniş sistemlərindən istifadənin stimullaşdırılması məqsədilə 01.02.2013-cü il tarixindən etibarən Mərkəzi Bank tərəfindən 100 manatlıq əskinasların nağd məxarici üzrə 0.3% tarif müəyyən olunub.

Məlumat üçün əlavə edək ki, son 7 il ərzində 100 manatlıq əskinasın tədavüldə xüsusi çəkisi 75%-ə çatıb. Bu da beynəlxalq təcrübədə qəbul edilmiş normadan yüksəkdir. Tariflərin tətbiqi 100 manatlıq əskinasa tələbi azaltmaqla müvafiq əskinasın yükünün digər nominallı əskinasların üzərinə ötürülməsinə və bununla da tədavüldə nağd pulun strukturunun optimallaşdırılmasına təsir edə bilər. Belə ki, 100 manatlıq əskinasa tariflərin tətbiqi banklar tərəfindən tranzaksiyalarda digər əskinasların payını artıracaq ki, bu da əhalinin nağd pulun strukturuna olan tələbinin ödənilməsi zamanı adekvatlığı təmin edə bilər.

Məlumata görə, beynəlxalq təcrübədə əksər ölkələrdə nağd pul sferası üzrə bir sıra biznes proseslər (pul nişanlarının saxlanması, daşınması və emalı) mərkəzi banklar tərəfindən özəl sektora ötürülüb və müvafiq xidmətlər kommersiya banklarına ödənişli əsaslarda göstərilir. Lakin Azərbaycan Mərkəzi Bankında nağd pulla bağlı xidmətlərə görə heç bir xidmət haqqı tutulmurdu.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL