waplog

Dünyanın ən populyar “ağıllı” telefonu hansıdır?


“iPhone 5” dünyanın ən populyar “ağıllı” telefonu seçilib. “Strategy Analytics” analitik şirkətinin məlumatına əsasən, 2012-ci ilin dördüncü rübündə tədarüklərin yekununa görə, “iPhone 5” dünyanın ən populyar “ağıllı” telefonu seçilib.

“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin oktyabr-dekabr ayları ərzində qlobal bazara 27.4 milyon “iPhone 5” tədarük edilib. Bu göstərici tədarük edilmiş “ağıllı” telefonların ümumi sayının 12.6%-ni təşkil edir. Ekspertlərin fikrincə, “iPhone 5”-in uğuru üç amildə gizlənib: uğurlu sensor dizayn, dünyanın onlarla ölkəsinə yayılması və satın alınmasına operatorların göstərdiyi maddi yardımlar.

Ötən ilin dördüncü rübündə qlobal bazara tədarük edilmiş hər beşinci “ağıllı” telefon ya “iPhone 5”, ya da “iPhone 4S” olub. “Bu, çox gözəl nəticədir” – deyə ekspertlər vurğulayıblar. Reytinqin əvvəlki lideri “Samsung Galaxy S III” ötən ilin sonunda üçüncü yerə yuvarlanıb. Üçaylıq dövrdə qlobal bazara 15,4 milyon “Galaxy S III” tədarük edilib ki, bu da modelə bazarın 7,1%-nə sahiblənməyə imkan verib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL