İ.Sadıqov: “Azərbaycanda “İKT ili” çərçivəsində olimpiada mərkəzlərinin yaradılması məqsədəuyğun olardı”
Azərbaycanda “İKT ili” çərçivəsində şagirdlərin informatika üzrə yerli və beynəlxalq yarışlara hazırlaşması üçün Bakıda və bölgələrdə olimpiada mərkəzlərinin yaradılması məqsədəuyğun olardı. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bu məsələ respublikamızda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri, BDU-nun dosenti Ramin Mahmudzadə tərəfindən hələ 90-cı illərdən gündəmə gətirilib:
“İstərdik ki, bütün bölgələrdə də olmasa, Gəncə, Quba və s. kimi yerlərdə istedadlı şagirdlərlə işləmək, onların bacarığını üzə çıxarıb inkişaf etdirmək üçün belə mərkəzlər fəaliyyətə başlasın. Bu istiqamətdə dəfələrlə məsələ qaldırılıb. Son illər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə dünya olimpiadalarına hazırlaşmaq üçün AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda xüsusi mərkəz yaradılıb və orada respublika olimpiadasında yaxşı nəticələr göstərərək seçilmiş şagirdlər ilboyu hazırlıq keçir. Həm nazirlik, həm də institut tərəfindən burada təlimlərin keyfiyyətli aparılması üçün hər cür şərait yaradılıb. Amma bu sahənin bir qədər də genişləndirilməsinə ehtiyac var. Ona görə də biz istəyirik ki, bu istiqamətdə görülən tədbirləri daha da genişləndirmək üçün ayrıca mərkəzlər yaradılsın”.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL