waplog

Qələm formasında “3D” qələm həcmli obyektlər çəkməyə imkan verir (VİDEO)


“3Doodler” qələm formasında hazırlanmış əsl “3D” printerdir. Belə gözəl ixtiranın sahibi kompüter və proqram təminatından istifadə etmədən həcmli obyektlər çəkə bilər. “3Doodler” rəssam və dizaynerlərin qarşısında yeni imkanlar açır.

“ICTnews.az” elektron xəbər xidməti “mirfactov.com” saytına istinadən bildirir ki, qələmin çəkisi 200 qramdan azdır. “Kicstarter”də ilkin sifariş üçün 75 dollar ödəmək lazımdır.

Tədarük dəstinə iki dəst rəngli plastik millər daxildir. “3Doodle” iki "çap" sürətini dəstəkləyir: böyük sahələrin sürətli doldurulması və incə işlər üçün. İstehsalçılar iddia edirlər ki, bir neçə saat ərzində sadə formalar yaratmağa vərdiş etmək olar və səth üzərində rəsm çəkmək üçün heç bir xüsusi bacarıq tələb olunmur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL