waplog

Təhsil Nazirliyi Məlumat İdarəetmə Sistemi və yeni veb-sayt təqdim edib


Bu gün Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın təqdimatı olub. Tədbirdə Prezident Administrasiyası Aparat rəhbərinin müavini Novruz Məmmədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, təhsil naziri Misir Mərdanov və başqaları iştirak edib.

Bildirilib ki, gənclərin xaricdə təhsil alması dövlətin də maraq dairəsindədir. Bu səbəblə də gənclərin xaricdə təhsil almasına kömək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" layihəsi həyata keçirilir. Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi ilə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamı imzalanıb.

Həmin sərəncama uyğun olaraq hazırlanmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nda istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemin yaradılması nəzərdə tutulub. Artıq 5 il ərzində 1800-dən çox gənc bu proqram vasitəsilə xaricdə təhsil alır. 5 il ərzində bu qədər gəncin xaricdə təhsil alması sevindirici hallardan biridir.

600 gənc arasında artıq xaricdə təhsillərini bitirib Azərbaycana geri dönənlər də var, hal-hazırda təhsillərini davam etdirən tələbələr də. Bu gün Təhsil Nazirliyinin təqdim etdiyi prioritet ixtisasları bilmək vacibdir. Bu portal vasitəsilə istifadəçilərə bu istiqamətdə geniş məlumat veriləcək.

Tədbirdə eyni zamanda azərbaycanlı gənclərin xarici ölkələrdə təhsili sahəsində görülmüş işlərdən danışılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL