“Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları” təsdiqlənib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları"nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Bu Qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"na uyğun olaraq hazırlanıb.
Sözügedən Qaydalar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (PMX AKİS) çıxarışlarının uçotu qaydalarını müəyyən edir. Məlumat üçün bildirək ki, PMX AKİS-in çıxarışları istənilən ödəniş vasitələrindən istifadə edilməklə ödəniş aparılarkən sistem tərəfindən avtomatik rejimdə generasiya olunan mədaxil qəbzləridir.
Qaydalara əsasən, abonentlərin PMX AKİS vasitəsilə apardığı ödənişlər üzrə çıxarışların uçotu sistemdə avtomatlaşdırılmış qaydada aparılır. Sistemdə çıxarışlar haqqında məlumatlar 5 il müddətində elektron imza ilə təmin olunmuş elektron sənəd şəklində saxlanılır. PMX AKİS vasitəsilə ödəniş apardıqdan sonra abonent ödənişin təsdiqi kimi çıxarışları dərhal və ya istənilən vaxt əldə edə bilər.
Çıxarışlar çap olunaraq abonentə təqdim olunur. Qaydalarda həmçinin qeyd olunur ki, abonentin və ya səlahiyyətli orqanın rəsmi müraciəti əsasında aparılan ödəniş əməliyyatını təsdiq edən çıxarış dublikat qeydi edilməklə təkrar çap olunur, abonentə və ya səlahiyyətli orqana təqdim edilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL