waplog

Fermerlərin elektron qeydiyyat sistemi yaradılacaq


Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransının yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb.

Belə ki, konfransda 2013-cü ilin sonuna qədər Dövlət İnvestisiya Proqramında və regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tu¬tulmuş bütün məsələlərin həll edilməsi, infrastruktur layihələrinin davam etdirilməsi, magistral və kənd yollarının tikintisi və əsaslı təmiri, elektrik stansiyalarının, o cümlədən çaylarda kiçik su elektrik stansiyalarının tikintisi, alternativ enerji mənbələrindən daha geniş istifadə, sənayeləşmə siyasətinin davam etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqinin genişləndirilməsi və digər vəzifələr müəyyənləşdirilib.

Dövlət başçısı konfransda fermerlərə dövlət dəstəyinin gücləndirilməsini və fermerlərin elektron qeydiyyat sisteminin, logistika və tədarük mərkəzlərinin yaradılmasını tapşırıb.

Dövlət başçısı vətəndaşların, həmçinin sahibkarların müraciətlərinə, ərizə və şikayətlərinə daha diqqətlə yanaşılması, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə də müvafiq tapşırıqlar verib. Kollegiya iclasında "Sənaye və texnologiyalar parkının rezidenti olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair Təsdiqedici Sənədin Forması", "Sənaye və texnologiyalar parkının idarəedici təşkilatı və ya operatoru tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına dair Təsdiqedici Sənədin Forması"nın təsdiq edilməsi və digər cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL