waplog

Ağdam və Füzuli rayonları ərazisində “AzTV” QSC və “İctimai” televiziyanın TV proqramlarının yayımı təmin edilib


Bu gün ölkədə həyata keçirilən dövlət və fəaliyyət proqramlarında, fərman və sərəncamlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) də müxtəlif tapşırıqlar verilib. Bəs respublika prezidentinin fərman və sərəncamları, o cümlədən ölkə başçısının ayrı-ayrı tədbirlərdə verdiyi tapşırıq və göstərişlər RİTN-in müvafiq qurumları tərəfindən necə icra edilir?

"Rabitə dünyası" bu nömrədən etibarən sözügedən sahədə görülən işləri daha ətraflı işıqlandıracaq. Məlum olduğu kimi, respublika prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli sərəncamı ilə təsdiqlənmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına əlavələr edilməsi haqqında" respublika prezidentinin 31 oktyabr 2007-ci il tarixli 2475 nömrəli sərəncamı ilə RİTN-ə "Əlavələr" üzrə 1.33 bənd aid edilib.

Bu bəndə əsasən, Ağdam və Füzuli rayon icra hakimiyyətləri ilə birgə, RİTN-ə "AzTV" QSC və "İctimai" televiziyanın televiziya və radio proqramlarının Ağdam və Füzuli rayonları ərazisində yayımlanmasının həyata keçirilməsi, televiziya və radio proqramlarının sözügedən rayonların ərazisində yayımlanmasının təmin edilməsi həvalə edilib. Artıq müvafiq bənd nazirlik tərəfindən icra edilib.

Belə ki, "AzTV" QSC və İctimai televiziyanın televiziya və radio proqramlarının Ağdam və Füzuli rayonları ərazisində yayımının həyata keçirilməsi üçün "AzTV" və "İctimai" TV proqramlarını yayımlayan Füzuli rayonunun Əhmədbəyli radio-televiziya yayım stansiyasında (RTYS) 2 ədəd 1 kVt-lıq, Ağsu RTYS-də isə 2 ədəd 10 kVt-lıq TV vericilər qurularaq istismara verilib.

Tərtər rayonu RTYS-də isə "AzTV" proqramının yayımı üçün 40 Vt-lıq TV verici quraşdırılıb. Ağdam rayonu ərazisində "Azərbaycan" və "İctimai radio" radio proqramlarının yayımı üçün Füzuli rayonunun Əhmədbəyli radio-televiziya yayım stansiyasında 250 Vt-lıq FM vericisi qurularaq istismara verilib.

Ağdam rayonu ərazisində "AzTV" və "İctimai" TV proqramlarının yayımı Ağsu RTYS-də qurulmuş FM radio vericiləri ilə həyata keçirilir. Bununla belə, rəqəmli TV yayımına keçidlə əlaqədar Əhmədbəyli və Tərtər RTYS-lərin hər birində 300 Vt-lıq rəqəmli TV vericilər qurularaq istismara verilib. Bu vericilər vasitəsilə 10 TV proqramının, həmçinin "AzTV" QSC və "İctimai" televiziyanın TV proqramlarının yayımı təmin edilib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL