“Apple” ən böyük smartfon istehsalçısı olub
2011-ci ilin II rübünün nəticələrinə əsasən, “Apple” şirkəti bazara tədarük edilən smartfon həcminə görə ilk dəfə olaraq birinci yerə çıxıb. Bu haqda “Strategy Analytics” bildirib. Ekspertlərin məlumatına görə, aprel ayından iyun ayına kimi “Apple" şirkəti 20,3 milyon “iPhone” tədarük edib, halbuki həmin dövrdə “Nokia” şirkəti 16,7 milyon, “Samsung” şirkəti isə 19,2 milyon tədarük edib. “Strategy Analytics” məlumatlarına əsasən, “Apple” şirkəti cari ilin ikinci rübündə dünya bazarının 18.5%-ni tutub, “Samsung” isə ondan yalnız 1% geri qalıb, lakin “Nokia” şirkətinin payı keçənilki 38,1%-dən bu il 15.2%-ə qədər azalıb.
www.cnews.ru
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL