Barselonada mobil texnologiya üzrə ən məşhur tədbirə start verilib
Bu gün Barselonada (İspaniya) "Mobile World Congress 2013" - dünyanın iri mobil sənaye sərgisi və mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin konqresi rəsmən start götürür.
"ICTnews.az" elektron xəbər xidməti "mincom.gov.az" saytına istinadən bildirir ki, qarşıdakı il üçün mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1500-dən çox şirkət və istehsalçı iştirak edir.
Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet-texnologiyaların nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi planlaşdırılır. "WMC" sərgisində mobil qurğular bazarının aparıcı oyunçularının, demək olar, hamısı öz yeni məhsullarını təqdim etməyə hazırlaşır.
Bu ilin əsas istiqamətlərindən biri iriölçülü və geniş funksiyalı telefonların dəbdə olmasıdır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL