“IDC”: İnternetə qoşulmuş “ağıllı” qurğu bazarında vəziyyət sabitdir
"IDC" şirkəti internetə qoşulmuş "ağıllı" qurğular bazarının vəziyyəti haqqında hesabat dərc edib.
Hesabata əsasən, 2012-ci ilin dördüncü rübündə istehsalçılar internetə qoşulmuş 367,7 milyon "ağıllı" qurğu tədarük ediblər ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,3% çoxdur. 2012-ci il ərzində bu cür qurğuların tədarük həcmi 1,2 milyardı ötüb və 2011-ci illə müqayisədə artım 29,1% olub. Bununla belə, masaüstü kompüterlərin satış həcmi 4,1%, yığcam kompüterlərdə isə 3,4% azalıb.
Tədarük həcmində ən böyük artım (78.3%) planşet seqmentində qeydə alınıb. 2012-ci ildə "ağıllı" telefonlar 60,1% göstərici ilə internetə qoşulmuş "ağıllı" qurğular bazarının lideri olub. Masaüstü kompüterlərin bazar payı yalnız 12,4% təşkil edib.
"ICTnews.az" elektron xəbər xidməti "itc.ua" saytına istinadən bildirir ki, 2012-ci ildə internetə qoşulmuş "ağıllı" qurğular bazarının lideri "Samsung" şirkəti olub. O, 2012-ci ilin dördüncü rübündə 250 milyon qurğu tədarük edib ki, bu da 2011-ci illə müqayisədə 119,3% çoxdur. Xatırladaq ki, 2011-ci ildə lider "Apple" şirkəti idi.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL