“Huawei”dən “HD” ekrana malik 4,7 düymlü “ağıllı” telefon
"Huawei" korporasiyası "MWC" sərgisinin açılışı ərəfəsində "Ascend P2" "ağıllı" telefonunu təqdim edib. Model 4,7 düymlü "IPS" ekranla təchiz edilib və onun təsvir ölçüsü 1280x720 təşkil edir.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, cihaz 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 13 meqapiksel təsvir ölçüsünə malik əsas və 1,2 meqapikselli ön kameralar, 1 QB əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.
"Huawei Ascend P2"-in qalınlığı 8,6 millimetr təşkil edir və "ağıllı" telefon "Android 4.1.2" platforması ilə işləyir. Qurğunun satışı cari ilin yayına planlaşdırılıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL