Daşınan kompüter qurğuları yaxın 5 il ərzində populyarlaşacaq
Yaxın bir neçə il ərzində daşınan kompüter qurğularının populyarlığı ən yüksək həddə çatacaq. "ABI Research" analitiklərinin proqnozuna əsasən, artıq 2018-ci ilədək bu cür qurğuların tədarük həcmi 485 milyona çata bilər.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hazırda yaradılan daşınan kompüter qurğularının əksəriyyəti idman və aktiv həyat tərzi üçün nəzərdə tutulmuş aksesuarlardır.
Proqnozlara görə, 2013-cü ildə daşınan "ağıllı" qurğular bazarında bu cür cihazların payı 60%-i ötəcək. Artıq bazarda "ağıllı" telefonlarla işləyə bilən "ağıllı" saatlar peyda olur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL