Şirvan şəhərinin kadastrının yaradılması ilə bağlı tenderin qalibi müəyyən edilib
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması" işlərinin satınalınması ilə əlaqədar keçirilmiş açıq tenderin nəticələri məlum olub.
Tender prosedurunun nəticələrinə əsasən "İntegris" MMC satınalma prosedurunun qalibi müəyyən edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə adıçəkilən komitənin məlumatında deyilir.
Qeyd edək ki, tender Nazirlər Kabinetinin 19.03.2012-ci il tarixli 71s nömrəli sərəncamı və 04.09.2000-ci il tarixli 159 nömrəli qərarı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında Dövlət şəhərsalma kadastrı və şəhərsalma fəaliyyəti obyektlərinin monitorinqinin vahid sistemlə aparılması və kadastr xidmətinin təşkili Qaydaları"na uyğun olaraq aparılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL