waplog

Mobil rabitə operatorlarının gəliri artıb


Azərbaycan ərazisində fəaliyyət göstərən mobil rabitə operatorlarının gəliri artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar ayı ərzində sözügedən operatorlar 69 mln. manata yaxın gəlir əldə edib. 2013-cü ilin ilk ayında Azərbaycanın informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 116,3 mln. manatlıq və ya əvvəlki ilin müvafiq ayına nisbətən müqayisəli qiymətlərlə 13,6% çox xidmət göstərilib. Əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,1% təşkil edib. «Xidmətlərdən əldə olunmuş gəlirlərin 59,1%-i mobil telefon rabitəsindən yaranıb və 2012-ci ilin eyni ayı ilə müqayisədə bu xidmətlərin həcmi 8,8% artaraq 68,7 mln. manat təşkil edib». SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL