waplog

“Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı” keçiriləcək


26-28 fevral tarixlərində Yaponiya Nümayəndə Heyətinin Azərbaycana rəsmi səfəri başlayır. Nümayəndə Heyətinin təmsil etdiyi dövlət və özəl qurumlara Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi, "Mitsubişi" Elektrik Korporasiyası, "Mitsubişi" Ağır Sənaye MMC, "Nippon" Elektrik Korporasiyası, IHI Corporation, IHI AEROSPACE Co., Ltd, PASCO, JAMSS, "Mitsubishi", "Sumitomo", "Itochu Corporation" korporasiyaları, Yaponiya Kosmos Forumu, Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, Yaponiya Kosmos Sistemləri, Yaponiya Uzaqdan İdarəetmə Mərkəzi, Yaponiya aerokosmik şirkətləri cəmiyyəti daxildir.

"Mitsubishi Electric Corporation"nin böyük vitse-prezidenti Takashi Sasakavanın rəhbərlik etdiyi Nümayəndə Heyətinin səfərində məqsəd 27-28 fevral tarixlərində Bakıda keçiriləcək "Azərbaycan-Yaponiya Kosmik Sektor Seminarı" ("Azerbaijan-Japan Space Sector Workshop") adlı tədbirdə iştirak etməkdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirləcək tədbir "Hilton Baku" mehmanxanasının "Sevda" zalında baş tutacaq. Yaponiyanın hər il müxtəlif ölkələrdə keçirdiyi eyniadlı tədbirlər silsiləsinin ölkəmizdə keçirilməsinin əsas məqsədi Azərbaycan-Yaponiya iqtisadi əlaqələrinin inkişafının təmin edilməsi və ikitərəfli əməkdaşlığa töhfə verilməsidir.

Qeyd edək ki, nümayəndə heyətinin 26 fevral günün ikinci yarısında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü nəzərdə tutulur.

28 fevral tarixində yaponiyalı qonaqların nazir müavini Elmir Vəlizadənin müşayiəti ilə baş nazirin müavini,Yapon-Azərbaycan Hökumətlərarası komissiyanın həmsədri Abid Şərifovla görüşünün keçirilməsi planlaşdırılıb.

Həmçinin 28 fevralda nümayəndə heyətinin Peykin Yerüstü İdarəetmə Mərkəzi ilə tanışlığı da nəzərdə tutulub.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL