waplog

İT xərclərinin həcmi yüksək olaraq qalır


Dünya iqtisadiyyatındakı çətinliklərə baxmayaraq, İT bazarında vəziyyət kifayət qədər sabitdir. "International Data Corporation" (IDC) tədqiqat şirkətinin hesabatı da bunu sübut edir.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ekspertlərin hesablamasına əsasən, 2012-ci ildə informasiya texnologiyalarına (İT) sərf edilən qlobal korporativ xərclərin həcmi 2011-ci illə müqayisədə 5.9% artıb. Avadanlıq, proqram təminatı və İT xidmətlərinə sərf olunan ümumi xərclərin həcmi 2 trilyon dollar olub.

Telekommunikasiya xidmətləri daxil olmaqla, informasiya-rabitə texnologiyalarına (İKT) 3,6 trilyon dollar xərclənib ki, bu da ötən illə müqayisədə 4,8% çoxdur. "İT xərclərinin həcmi əvvəlki kimi üzvi surətdə artır, lakin maliyyə böhranından sonra artım tempi o qədər yüksək deyil" – "IDC"-in vitse-prezidenti Stiven Minton belə deyib.

"Biznes virtuallaşdırma, avtomatlaşdırma və SaaS kimi İT həlləri həvəslə tətbiq edilir, çünki onlar informasiya texnologiyalarına yatırılan sərmayələrin həcmini azaltmağa imkan verir və bu, cari iqtisadi durumda çox mühümdür". Ekspertin sözlərinə görə, hazırda istehlakçılar kompüterlərə deyil, adi mobil telefon funksiyaları ilə təchiz edilmiş "ağıllı" telefon və planşetlərə üstünlük verir.

Bundan başqa, "bulud" həlləri ənənəvi proqram təminatı, xidmət və infrastruktur məhsullarını əvəz edir. "IDC"-nin proqnozuna görə, 2013-cü ilin ikinci yarısında Amerika iqtisadiyyatının sabitləşməsi sayəsində qlobal İT xərclərinin həcmi 5.5% artacaq.

"Gartner"in proqnozuna əsasən, 2013-cü ildə avadanlıq, proqram təminatı və xidmətlərin satın alınmasına sərf olunan qlobal İT xərclərinin həcmi 4,2% artacaq ki, bu da ötənilki dinamikadan yüksəkdir.

2012-ci il ərzində Azərbaycanda İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.3% artaraq 1503.4 milyon manat təşkil edib. Ötən illə müqayisədə artım tempi İKT sektorunda 16.6 %, o cümlədən telekommunikasiya sektorunda 17.4%, İT sektorunda 8.6%, eyni zamanda, poçt sektorunda 18.2%, informasiya sektorunda isə 50.1% olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL