waplog

Ukrayna Poçtu arasında təcili elektron pul köçürmələrinin mübadiləsinə başlanılıb


STEFİ elektron pul köçürmələri üzrə UPİ-nin regional layihəsinin icrası ilə bağlı pilot olaraq “Azərpoçt” MMC ilə Ukrayna Poçtu arasında təcili elektron pul köçürmələrinin mübadiləsinə başlanılıb. Bu barədə müəssisədən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, hal-hazırda digər STEFİ ölkələri ilə təcili elektron pul köçürmələrinin mübadiləsinin başlanması üçün müvafiq işlər aparılır.

Vergi, rüsum, icarə haqqı və digər büdcə ödənişlərinin Milli Ödəniş Sisteminin bütün ölkəni əhatə edən geniş infrastrukturu vasitəsilə toplanması və ödəniş tranzaksiyalarının Dövlət Xəzinədarlıq Agentliyinin daxili informasiya sistemində birbaşa emalının təmin edilməsi məqsədilə “Azərpoçt ММС” tərəfindən Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemində (KÖMİS) vergi, rüsum və digər büdcə ödənişlərinin və DSMF-nin məcburi dövlət sosial sığorta ödənişlərinin qəbuluna başlanılıb.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL