waplog

“Migom” beynəlxalq pulköçürmə sisteminin rəhbərliyi Azərbaycana gəlir


“Azərpoçt” MMC-nin bank və maliyyə xidmətləri sahəsində reytinqinin gün-gündən yüksəlməsi beynəlxalq pul köçürmələri sisteminin böyük marağına səbəb olub. Eyni zamanda müəssisənin regionlar üzrə geniş şəbəkəyə malik olması onu bu sahədə daha cazibədar edib.

“Azərpoçt” MMC-dən verilən məlumata görə, bir çox beynəlxalq pul köçürmələri sistemi, onların yerli və xarici nümayəndəlikləri ilə MMC-nin müvafiq qurumları arasında danışıqlar aparılır. Gələn həftə “Migom” beynəlxalq pulköçürmə sisteminin idarə heyətinin sədri Natalya Karasetevanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.

Səfər çərçivəsində qarşılıqlı fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, ötən il tərəflər arasında imzalanan əməkdaşlığa dair müqaviləyə uyğun isə Bakı, Abşeron, Sumqayıt poçt filiallarında “Migom” beynəlxalq pulköçürmə sistemindən istifadə edilir. Sistemin bütün ölkə ərazisində tətbiqi məsələsi danışıqların əsas predmeti olacaq.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL