Növbəti tədris ilindən bütün məktəblər hesabatları proqram vasitəsilə elektron formada təhvil verəcəklər
Fəaliyyətini getdikcə təkmilləşdirən Təhsil Nazirliyinin (TN) Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsi (TİMS) növbəti yenilik üzərində işləyir. Yeniliyin tətbiqi növbəti tədris ilindən nəzərdə tutulur. Belə ki, hər dərs ilinin əvvəlində nazirliyə ümumtəhsil müəssisələri tərəfindən əsas statistik məlumatları əks etdirən "Məktəb hesabatları" təqdim edilir.
Bundan sonra həmin hesabatların təqdim edilməsi daha da asanlaşacaq. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyinin (TN) Təhsilin İdarəolunmasının Məlumat Sistemləri şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov məlumat verib.
TİMS-in şöbə müdiri qeyd edib ki, hər məktəb bu hesabatları doldurmalıdır: "Hesabat Təhsil Şöbəsinə daxil olur. Təhsil Şöbəsindən də həm bütün hesabatların ümumiləşdirilərək toplu şəklində, həm də hər məktəbin ayrıca hesabatı Təhsil Nazirliyinə təqdim olunur. Bu məlumatlar eyni qayda ilə Dövlət Statistika Komitəsinə də göndərilir.
Bu, təxminən 10 səhifədən ibarət hesabat formasıdır və burada şagirdlər, müəllim heyəti, məktəbin maddi-texniki bazası və s. haqda bütün statistik məlumatlar yer alır. Bu şəkildə hesabat dərs ilinin sonunda da eyni qaydada təqdim olunur. Belə bir hesabatın əllə doldurulması həm vaxt aparır, həm də bu zaman ortaya yanlışlıqların çıxması da istisna olunmur. Çünki burada elə hesablamalar var ki, bu hesablamalar bəzən reallığı əks etdirmir. Məsələn, "İbtidai sinifdə 6 yaşlıların və ya 7 yaşlıların sayı nə qədərdir", "Onların neçəsi qız, neçəsi oğlandır" kimi suallar zamanı belə yanlışlıqlar yarana bilər". Ona görə də bu proses avtomatlaşdırılıb:
"Bu gün TİMS-də hər şagird haqqında bazada məlumat yerləşdirildiyi üçün proqram təminatı hesabatın avtomatik formalaşmasına imkan verir. Növbəti tədris ilindən bütün rayonlar, təhsil şöbələri və məktəblər hesabatları proqram vasitəsilə elektron formada təhvil verəcəklər".
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL