waplog

“Azerspace-1”-in idarəetməsi təqribən mart ayının ortalarında tamamilə “Azərkosmos” ASC-yə təhvil veriləcək


"Azerspace/Africasat-1a" ilk telekommunikasiya peykinin idarəetməsi orbitdə aparılan sınaqlar başa çatdıqdan sonra, təqribən mart ayının ortalarında tamamilə "Azərkosmos" ASC-yə təhvil veriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Nazirin sözlərinə görə, peykin idarəetməyə verilməsindən sonra ilk növbədə Azərbaycan kanallarının milli peykdən istifadəsinə başlanılacaq:

"Demək olar ki, aprelin 1-dən Azərbaycanın TV-radio yayım şirkətləri öz milli peykimizə keçəcəklər. Dünya bazarlarında da bizim bir neçə müqaviləmiz var ki, mayın 1-dən artıq peykin kommersiya istifadəsinə başlanılacaq".

Qeyd edək ki, "Azərspace-1"-in əhatə zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxildir. İlk milli peykin xidmətindən istifadədə vacib olan texniki avadanlığa gəlincə, "Azerspace-1" peyki üzrə xidmət verən operatorlar tərəfindən tövsiyə edilən qəbuledici antena seti (Azərbaycan Respublikasının əksər ərazisində 60 sm ölçülü antena "Azerspace-1" xidmətindən istifadə edə bilmək üçün kifayətdir), rəqəmli peyk qəbuledicisi (digital receiver/decoder) və müvafiq görüntü kartı (şifrəsiz yayımlanan kanallar üçün ehtiyac yoxdur) istifadə edilməlidir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL