Bu il ölkədə analoq yayımı tamamilə dayandırıla bilər
“Azərbaycan Respublikası ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı Proqramı”na uyğun olaraq, bu il ölkədə analoq yayımı tamamilə dayandırıla bilər. Bu barədə jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.
Nazir bildirib ki, cari ildə bütün ölkə əhalisinin rəqəmli TV ilə tam təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu il ərzində rəqəmli TV ilə tam təminata nail olunması Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən rəqəmli TV-yə keçidlə əlaqədar ölkələrə verilən tapşırıqların iki il öncədən yüksək səviyyədə icrası deməkdir.
Rəqəmli televiziya yayımının tətbiqi TV proqramlarının keyfiyyətinin və sayının artırılması ilə yanaşı, məhdud resurslar olan tezliklərdən daha səmərəli istifadə edilməsinə xüsusilə genişzolaqlı mobil rabitə xidmətlərinin inkişaf etdirilməsinə geniş imkanlar yaradıb.
Hazırda Azərbaycanda televiziya diapazonunun konversiyası hesabına LTE texnologiyasının tətbiqinə başlanılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL