Texnologiya sahəsində “ən yaxşı”lar bəlli olub
Hazırda İspaniyanın Barselona şəhərində keçirilən "Mobile World Congress" sərgisinin təşkilatçısı "GSM Association" "Global Mobile Awards 2013" illik mükafatının qaliblərinin adını açıqlayıb. M
ükafat "GSM Association" təşkilatının seçdiyi münsiflər heyəti tərəfəindən ən yaxşı qurğu, tətbiq və texnologiyalara görə təqdim olunur. "Samsung Galaxy S III" ən yaxşı "ağıllı" telefon adına layiq görülüb.
Bu nominasiyada "iPhone 5", "HTC Butterfly", "Nokia Lumia 920" və "Galaxy Note II" onun rəqibləri sırasında olublar.
"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Google/ASUS Nexus 7" ən yaxşı planşet, "Nokia Asha 305" ən yaxşı adi mobil telefon mükafatına layiq görülüblər.
Çoxsaylı mobil tətbiqlər arasından "Evernote" və "Facebook" üçün tətbiq ən yaxşı mobil tətbiqlər seçiliblər. "Samsung" şirkəti ümumilikdə beş mükafata layiq görülüb.
Belə ki Koreya şirkəti, həmçinin "Galaxy Camera" fotoaparatına görə və "LTE" şəbəkə texnologiyasının inkişafı üçün töhfəsinə görə mükafat alıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL