waplog

Yaxın illərdə mobil rabitədən 4 milyard insan istifadə edəcək


"GSM Association" (GSMA) təşkilatı telekommunikasiya sənayesinin inkişafı üzrə proqnozunu dərc edib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sahə üzrə ekspertlərin qiymətləndirməsinə əsasən, 2017-ci ilədək genişzolaqlı şəbəkələrə 5,1 milyard qurğu qoşulacaq ki, bu da 1.7 milyard abunəçi təşkil edən cari göstəricidən üç dəfə çoxdur.

Mobil rabitədən istifadə edən abunəçilərin sayı cari illə (3.2 milyard) müqayisədə artaraq 3.9 milyard olacaq. 4 il sonra "LTE" texnologiyasından istifadə edən xidmətlərin abunəçilərinin sayı 1 milyarda çatacaq. Hazırda isə bu göstərici təxminən 62 milyon istifadəçiyə bərabərdir.

Aylıq mobil trafikin həcmi 66% artaraq 11,2 ekzabayt olacaq. 2012-ci ildə mobil operatorların ümumi gəliri 1 trilyon dolları ötüb. Yaxın illərdə gəlir 2,3% orta illik sürətlə artacaq.

Ekspertlər artım tempinin ləngiməsini Avropada mobil rabitə tariflərinin "sərt tənzimlənməsi" ilə izah edir. Nəticədə 4 il ərzində yerli operatorların gəliri azalaraq 2012-ci ildə 216 milyard dollar olub. 2017-ci ilə mobil seqmentdə əsaslı xərclərin həcmi 1,1 trilyon dolları ötəcək.

"Mobil kommunikasiyalar hazırda insanların həyatını asanlaşdırmaqla yanaşı, həm də bəzi hallarda onu xilas edir" –"GSMA"-nın baş direktoru Enn Buvero deyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL