waplog

Azərbaycanlı iş adamları innovasiyalar və texnologiyalar ilə bağlı sərgi-konfransa dəvət olunub


17-19 oktyabr tarixlərində Litva Respublikasında "Baltic Textile and Leather-2013" adlı beynəlxalq sərgi-konfrans keçiriləcək. Sərgidə Baltik innovasiyaları və texnologiyaları, avadanlıq və xidmətlər nümayiş ediləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.

AZPROMO-dan bildirilib ki, tədbirdə bu sahə üzrə fəaliyyət göstərən və maraqlanan azərbaycanlı iş adamları da iştirak edə bilər. Sərgi-konfransda nümayiş olunacaq xidmətlərə Baltik kontraktinq və məsləhətləşmə, subkontraktinq, insan resurslarının axtarışı, təlim, məsləhətləşmə xidmətləri də daxildir.

Həmçinin konfransda dəri məmulatları və paltarları, tekstil və digər aksesuarların nümayişi də nəzərdə tutulur.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL