Mobil rabitə abunəçilərinin sayı planetimizin insanlarının sayına yaxınlaşır
Rabitə və informasiya texnologiyaları sahəsində, həmçinin genişzolaqlı internetlə bağlı qiymətlərin aşağı düşməsi nəticəsində xidmətlərə tələbat kəskin artıb.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, belə bir bəyanatı Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) yayıb. BTİ bildirir ki, hazırda mobil rabitə abunəçilərinin sayı yeddi milyarda yaxınlaşır. Və bu rəqəm 2014-cü ildə kəskin artacaq və rekord göstərici qeydə alınacaq.
Aparılan araşdırmalar zamanı məlum olub ki, mobil telefonların bütün abunəçilərinin yarıdan çoxu Asiyada yerləşir. İş orasındadır ki, Asiyada bazarın lokomotivi olaraq qalmaqdadır.
BTİ-nin açıqlamasında qeyd olunur ki, 2013-cü ilin sonuna qədər mobil rabitə inkişaf etmiş ölkələrin əhalisinin 96%-ni əhatə edəcək. Beynəlxalq Telekommunikasiya İttifaqının proqnozlarına görə, 2013-cü ilin sonuna 2,7 milyard insan və ya Yer kürəsinin 39%-i internetdən istifadə edəcək.
Ancaq bəzi inkişaf etməkdə olan ölkələrdə internetə çıxış məhdudlaşdırılmış qalacaq. Avropa əhalisi internetə daxilolma sayına görə liderliyini qoruyacaq. Hazırda bu regionda insanların 75%-i "Ümumdünya hörümçək toru"na düşüb.
Bəyanat müəllifləri qeyd edirlər ki, mobil rabitə və internetdən istifadə ilə bağlı göstərilən xidmətlərin əksəriyyəti inkişaf etmiş ölkələrdə olduğu kimi inkişaf etməkdə olan ölkələrdə də əlçatan olub. Son beş il ərzində sabit genişzolaqlı əlaqənin xidmət dəyəri 82% azalıb. Bu da mənzillərdən internetə qoşulan insanların sayının artmasına şərait yaradıb.
Adambaşına düşən ümumi daxili məhsulu hesablasaq, məlum olar ki, ən ucuz genişzolaqlı internet Avropadadır. Amma inkişaf etməkdə olan ölkələrdə internetə çıxış o qədər də ucuz deyil. Qiymətdən başqa, genişzolaqlı internetə çıxışın sürət nisbəti də ölkələr arasında müxtəlifdir.
Əhalisini ən sürətli internetlə təmin edən dövlətlər Koreya, Yaponiya və Bolqarıstan Respublikasıdır.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL