“Huawei” dünyanın ən sürətli “ağıllı” telefonunu təqdim edib
“Huawei” şirkətinin təqdim etdiyi “Ascend P2” “ağıllı” telefonu “LTE” şəbəkəsi üzrə verilənlərin 150 Mbit/s sürətlə ötürülməsi imkanını təklif edir.
“ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Ascend P2” modeli 1,5 QHs takt tezlikli dördnüvəli prosessor, 1280x720 piksel təsvir ölçüsünə malik 4,7 düymlü ekran, həmçinin 13 meqapiksel təsvir ölçüsünə malik əsas və 1,3 meqapiksel təsvir ölçüsünə malik ön kamera və 2420 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Əməli yaddaş qurğusunun həcmi 1 QB, daxili fləş-yaddaşda isə 16 QB təşkil edir.
Mobil qurğunun qalınlığı 8.4 millimetrdir. Cihaz “LTE Category 4” variantını dəstəklədiyinə görə ən sürətli hesab edilir. “Category 4” “LTE” standartının ən sürətli variantıdır. Mobil operatorlar üçün aparıcı telekommunikasiya avadanlığı istehsalçılarından biri olan “Huawei” şirkəti ilk dəfə 2012-ci ilin mayında Avropada “LTE Category 4” standartı əsasında işləyən ticarət şəbəkəsinin fraqmenti üzərində sınaqlar keçirib.
Bundan başqa, “Ascend P2” “ağıllı” telefonunda reallaşdırılmış “Wi-Fi” texnologiya veb-saytları digər “ağıllı” telefonlarla müqayisədə 2-3 dəfə daha sürətli açmağa, yüksək keyfiyyətli filmləri 1 dəqiqə ərzində və musiqiləri saniyələr ərzində yükləməyə imkan verir. “Huawei Ascend P2” “ağıllı” telefonunu 2013-cü ilin ikinci rübündən etibarən 399 avroya satın almaq olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL