waplog

Serverlərin tədarük həcmi azalıb


“Gartner” analitik şirkəti server bazarı üzrə yekun nəticəni açıqlayıb. 2012-ci ilin dördüncü rübündə 2,5 milyon server sistemi istehsal edilib ki, bu da ötən ayla müqayisədə 0,2% azdır. Aparat satışlarından əldə olunan gəlir 5,1% artaraq 14,6 milyard dollar olub.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “IBM” korporasiyası server satışlarından əldə etdiyi gəlirin həcminə görə bazarın 34,9%-nə sahiblənib.

Onun ticarət markası altında işləyən sistemlərin satış həcmi illik hesablama üzrə 8,8% artaraq 5,1 milyard dollar olub, bazar payı isə 1.2% artıb. “HP” şirkəti ikinci yerdə qərarlaşıb.

İl ərzində onun gəlirinin həcmi 3,3% azalmış, bazar payı isə 2.1% azalaraq 24.8% olub. “Dell” şirkəti üçüncü olub: server satışından 2 milyard dollar əldə edib və bazarın 14,3%-nə sahiblənib.

2011-ci ilin son rübü ilə müqayisədə satışların həcmi 1,2% artıb. Sonrakı yerlərdə “Oracle” (4,1%) və “Fujitsu” (3,7%) şirkətləri qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL