waplog

Əlyazmaları elektronlaşdıran amerikalı alim AMEA-da olub


ABŞ-ın Smitson İnstitutunun Milli Muzeyinin rəhbəri, professor Pol Maykl Teylor AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. “ICTnews” elektron xəbər xidmətinin Azərbaycan Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata görə, institutun kollektivi ilə görüşən qonağa Şərqşünaslıq İnstitutunun tarixi və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib. Antropologiya sahəsində tədqiqatlar aparan və arxeoloji tapıntıların, qədim əlyazmaların elektron bazasının yaradılması sahəsində fəaliyyət göstərən Pol Maykl Teylor bu barədə şərqşünas alimləri məlumatlandırıb. Amerikalı alim dünyada baş verən təbii fəlakətlərin və ya müharibələrin nəticəsində bir çox qədim abidələrin məhv olduğunu nəzərə alaraq bütün bunların rəqəmsal variantının hazırlanaraq xüsusi bazalarda saxlanmasını, onların elektron variantının qorunmasını, dünyanın müxtəlif yerlərində çalışan alimlərin, bu abidələrlə maraqlanan insanların onları daha asan şəkildə əldə etməsi üçün zəmin yaratdığını vurğulayıb. Sonda professor Pol Maykl Teylor institut əməkdaşlarının suallarını cavablandırıb. CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL