Azərbaycanda torpaqların iqtisadi qiymətləndirilməsi elektron formada aparılır
Qlobal Xəritəçəkmə üzrə Beynəlxalq İdarəetmə Komitəsinin rəsmi saytında Azərbaycan Respublikasının Qlobal Xəritəsinin 2-ci versiyası istifadəyə verilib. Artıq bütün dünya üzrə istifadəçilər 2012-ci ilin oktyabrından Azərbaycan Respublikasının açıq geoməkan məlumatlarından yararlana bilməsi üçün tam şərait yaradılıb.
Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) məlumat verilib. Komitədən bildirilib ki, bu illər ərzində DTXK tərəfindən aparılan işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanıb:
«Hazırda bizim qarşımızda duran ən mühüm məsələlərdən biri toplanmış məkansal məlumatların düzgün strukturlaşdırılmasının, ondan istifadənin sadələşdirilməsi və paylanmasının yeni formalarının işlənib hazırlanmasıdır. Bununla əlaqədar komitənin beynəlxalq qurum və təşkilatlarla əlaqələri durmadan genişlənir». Ötən il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (DTXK) «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» üzrə respublikanın 34 rayonunda 1709,8 min nöqtədə torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi, respublikanın 26 rayonunda torpaqların iqtisadi qiymətləndirilməsinin elektron formatda işlənib xəritələşdirilməsi üçün isə 562 obyekt üzrə işlər həyata keçirilib.
Bu siyahıda olan rayonlara Yevlax, Ağdaş, Ağsu, Abşeron, Ağcabədi, Beyləqan, Cəlilabad, Şabran, Xaçmaz, Goranboy, Qəbələ, Masallı, Şəmkir, Şəki, Tovuz, Zərdab, Zaqatala, Kürdəmir, Siyəzən, Lənkəran, Yardımlı, Quba, Şamaxı, Samux, İmişli, Füzuli, Tərtər, Balakən, Qazax, Saatlı, Daşkəsən, İsmayıllı, Qobustan və Qusar daxildir. Komitədən bildirilib ki, inzibati rayonlar üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin hazırlanması üçün elektron taxeometr və GPS alətlərini tətbiq etməklə 17 rayon 83 inzibati ərazi dairələri üzrə elektron (rəqəmli) torpaq-kadastr xəritələrinin tərtibi üçün planlama işləri aparılıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim olunmuş torpaqların əkinə yararlılığı barədə məlumatlara uyğun olaraq bu ərazilərdə kompleks meliorativ tədbirlər həyata keçirildikdən sonra, iri taxılçılıq təsərrüfatlarının yaradılması (təşkili) işlərinə başlanılacaqdır:
«Ötən ildə Azərbaycan Respublikasının Hökuməti və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilən "Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsi üzrə müvafiq işlər davam etdirilib. Belə ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin texniki dəstəyi ilə və nəzarəti altında ölkə ərazisində Daimi Fəaliyyət Göstərən Peyk Geodeziya Şəbəkəsinin qurulması işləri tamamlanıb. Respublikamızın xüsusi seçilmiş yerində 37 ədəd Peyk Geodeziya Stansiyaları qurulub. Hazırda həmin stansiyalarda test ölçülər aparılır».
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL