waplog

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti davam edir


İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin - (WSIS – World Summit on the Information Society) növbəti mərhələsi start götürüb. Nəzərdə tutulmuş tədbirlər çərçivəsində fevralın 25-dən Paris şəhərində "Sülh və davamlı inkişaf üçün biliklər cəmiyyətinə doğru" mövzusunda konfrans öz işinə başlayıb.

Martın 1-nə kimi davam edəcək tədbirin təşkilatçıları Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ), YUNESKO, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və İnkişaf Proqramıdır (UNDP). Dövlət orqanları, hökumət və qeyri-hökumət təşkilatları, özəl sektor və vətəndaş cəmiyyəti qurumlarından 2000-ə yaxın iştirakçının qatıldığı tədbirin əsas hədəfi hər kəsin informasiyadan sərbəst istifadəsini təmin etmək, həmçinin dünya xalqlarına öz potensiallarını reallaşdırmaq imkanı verərək davamlı inkişafı sürətləndirməkdir.

Bu barədə məlumat verən AMEA İnformasiya Texnologiyaları İnstitutundan bildirilib ki, tədbir çərçivəsində "WSIS"-nin fəaliyyət istiqamətlərinin həyata keçirilməsi prosesində əldə edilmiş nəticələrə baxılır, görülmüş işlər və proqnozların təhlili aparılır.

Sammitdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev iştirak edir.

Qeyd edək ki, 2015-ci ilə qədər davam edəcək bu mərhələdə "WSIS"-nin hədəfləri ilə bağlı bir sıra beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL