waplog

Azərbaycanda rabitənin iqtisadi aspektlərinin tənzimlənməsi üzrə beynəlxalq tədbir keçiriləcək


Azərbaycanda martın 29-da Regional Rabitə Birliyinin (RRB) rabitə iqtisadiyyatı komissiyası üzrə 31-ci iclası keçiriləcək. Naxçıvanda keçiriləcək iclasdan öncə, 27-29 mart tarixində, Beynəlxalq Telekommunikasiya İttifaqının "Beynəlxalq standartlara uyğun olaraq telekommunikasiya/İKT İndikatorlarının unifikasiyası" mövzusunda seminarı keçiriləcək.

Komissiyanın iclasında, RRB-yə üzv ölkələrin milli qanunvericiliyin müxtəlif istiqamətləri, beynəlxalq çağırışların başa çatdırılmasına operatorlararası tariflərin unifikasiyası üzrə işlər, stasionar və mobil şəbəkələrdə çağırışların "LRIC" modeli əsasında qiymətinin hesablanması, Azərbaycanda İKT sektorunun və informasiya cəmiyyətinin inkişafının iqtisadi aspektləri müzakirə ediləcək.

Eyni zamanda, operatorlararası mobil və stasionar rabitə xidmətləri bazarı analiz ediləcək.

Bununla yanaşı, iclas çərçivəsində, rəqəmli yayım xidmətlərinin tənzimlənməsi üzrə qaydalara, radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi, insan resurslarının inkişaf etdirilməsi, İKT üzrə statistik göstəricilərin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.

AYNUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL