waplog

Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi ilə anlaşma memorandumu imzalanıb


Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov və Federal Nazirliyin Avropa siyasəti departamentinin direktor müavini Andreas Oberşteller imzalayıb.

Memorandum 2009-cu ildə imzalanmış analoji memorandumun davamıdır və son üç ildə biznesin idarə olunması sahəsində çalışan azərbaycanlı mütəxəssislərin Almaniyada təhsil alması və təcrübə keçməsinə şərait yaradır. İmzalanma mərasimi "Azərbaycanla Almaniya arasında iqtisadi kooperasiya əlaqələrinin genişləndirilməsi" mövzusunda keçirilən konfrans çərçivəsində baş tutub.

Oberşteller jurnalistlərə bildirib ki, ötən üç il ərzində bu əməkdaşlıq proqramı çərçivəsində 138 gənc menecer Almaniyada kurs keçib və yaxşı nəticə göstərib."Bu proqramın növbəti 3 il ərzində davam edəcəyinə görə çox məmnunuq", - Oberşteller qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin Aparat rəhbəri Samir Vəliyevin sözlərinə görə, hazırda Almaniyada kurs keçmək üçün 26 sahibkarın seçimi aparılır və 3 il ərzində bu rəqəm artacaq. "İki ölkə arasında iqtisadi münasibətlər, xüsusən, investisiyalar, maliyyə sektoru, ticarət əlaqələri, texniki əməkdaşlıq sahələrində fəal inkişaf edir. 2012-ci ilin yekunları üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 27 faiz artıb ki, bu da əməkdaşlığın yüksək səviyyəsinin parlaq göstəricisidir", - Vəliyev bildirib.

Onun sözlərinə görə, ötən il yaradılan Azərbaycan-Almaniya Ticarət Palatası iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL