waplog

Asiya milyarderlərin sayına görə ilk dəfə Amerikanı ötüb


Hazırda dünyada 1453 milyarder var. Ötən il onların varidatının ümumi həcmi nəzərəçarpacaq dərəcədə artaraq 5,5 trilyon dollar olub.

Çinin "Xujun" jurnalının keçirdiyi araşdırmanın nəticələri buna sübutdur. Jurnalın versiyasına əsasən, Asiyada 608 milyarder yaşayır.

Beləliklə, Asiya qitəsi bu göstərici üzrə ilk dəfə olaraq Şimali Amerikanı (440 milyarder) ötməyə müvəffəq olub. Avropada 324 milyarder var. 66 milyard dollar varidata malik Meksikanın telekommunikasiya maqnatı Karlos Slim planetin ən zəngin insanı adına layiq görülüb.

Amerikalı investor Uorron Baffet (58 milyard) və ispan Amansio Orteqa (55 milyard) müvafiq olaraq ikinci və üçüncü olublar. “Microsoft”un banisi Bill Qeytsin varidatı 54 milyard dollar təşkil edir və o, planetin dördüncü ən zəngin insanıdır. Jurnalın versiyasına əsasən, ABŞ milyarderlər ölkəsi, Moskva isə milyarderlər şəhəri adlandırılıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL