waplog

Dünyanın ən nüfuzlu və yenilikçi şirkəti hansıdır?


“Fortune” jurnalı dünyanın ən nüfuzlu şirkətlərinin reytinqini tərtib edib. “TOP-50” reytinqi analitik və iri korporasiyaların rəhbər nümayəndələrinin sorğu yekununa görə tərtib edilir. Xəritə xidmətinin uğursuzluğa düçar olmasına və səhmlərinin qiymətinin azalmasına baxmayaraq, “Apple” artıq 6 ildir dünyanın ən nüfuzlu şirkəti elan edilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, jurnala görə, “alma” şirkəti ən gəlirli korporasiya olaraq qalır və həmişəki kimi nüfuzlu məhsullar istehsal edir.

“Apple”, həmçinin yenilikçi şirkət elan edilib. “Google” korporasiyası reytinqdə ikinci, “Amazon” internet-şirkəti isə üçüncü yerdə qərarlaşıb. “Microsoft” 17-ci, “Samsung” 35-ci, “Intel” 42-ci, “Facebook” isə 48-ci olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL