waplog

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi: “Yeni texnoloji sxem gömrük işi sahəsində prosedurları sadələşdirib”


Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı üzrə gömrük nəzarəti zonasında quraşdırılan “e-Gömrük bəyannaməsi-elektron gömrük xidməti” informasiya köşkləri vasitəsilə vətəndaşlar gömrük rəsmiləşdirilməsi qaydaları, gömrük rüsum və tarif dərəcələri, mal nomenklaturası və digər zəruri məlumatlarla tanış ola bilirlər.

Eyni zamanda “Sərnişin Bəyannaməsi”ni doldurmaq yolu ilə gətirdikləri və apardıqları malları da elektron formada bəyan etmək imkanı əldə ediblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında malların üzərində gömrük rəsmiləşdirilməsinin aparılması üzrə müraciət qaydaları və qeydiyyat məsələlərini tənzimləyən yeni texnoloji sxemin tətbiqi də mühüm əhəmiyyət kəsb edir.

DGK-dən verilən məlumata görə, bu fikirləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Sadiq Abduyev bildirib. Onun sözlərinə görə, ötən ildən başlayaraq, DGK Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Azərbaycan Hava Yolları” QSC ilə razılaşdırılmaqla həyata keçirdiyi bu texnoloji sxemdə məqsəd gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın, eyni zamanda, istər ölkə, istərsə də əcnəbi vətəndaşlara göstərilən gömrük xidmətinin keyfiyyətinin artırılması və onların rahatlığını təmin etməkdir:

“Belə ki, hazırda sözügedən hava limanında sərnişinlər uçuş-minik qeydiyyatı zonasına birbaşa daxil olur, burada qeydiyyatdan keçir və baqaj yüklərini təhvil verirlər. Həmin yüklər isə sərnişin və gömrük əməkdaşları arasında təmas olmadan gömrük baxışından keçirilir və təyyarələrə daşınır. Daha sonra sərnişinlər gömrük rəsmiləşdirilməsi bölməsinə sərnişin bəyannaməsini təqdim edir və əl yükləri ilə gömrük nəzarəti zonasına daxil olurlar. Burada isə sərnişinlər və onların əl yükləri müvafiq qaydada gömrük yoxlamasından keçirilir. Eyni zamanda, bütün sərnişinlərin rahatlığını təmin etmək məqsədilə burada “Sərnişin Bəyannaməsi”nin həm elektron, həm də adi qaydada doldurulmasına imkan yaradılıb”.

İdarə rəisi qeyd edib ki, Azərbaycan gömrüyü bu gün dünya standartlarına cavab verən mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, müasir infrastruktura və ən yeni informasiya-kommunikasiya texnologiyalarına malik modern bir dövlət təsisatına çevrilib: “Ölkə başçısının 11 noyabr 2008-ci il tarixli “Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərmanına əsasən, 2009-cu il yanvarın 1-dən dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipi tətbiq edilir. Bununla sərhəd-keçid məntəqələrində nəzarət növlərini inteqrəedilmiş qaydada həyata keçirməklə sərhəd-keçid prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat və mal axınına əlverişli şərait yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt limitlərinə riayət edilməsinə nail olunub”.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL