waplog

“Nağdsız ödə, nağd qazan”


Ölkədə nağdsız ödənişlərin miqdarını çoxaltmaq və əhalinin elektron ödəmələrə marağını artırmaq üçün “AtaBank” ASC kompaniya həyata keçirir. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu məqsədlə “AtaBank” “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasının ikinci mərhələsinə başlaması ilə bağlı mətbuat konfransı keçirib.

Bankın İdarə Heyətinin sədr müavini Etibar Babaşlı bildirib ki, adıçəkilən kampaniyanın 2-ci mərhələsinə bu il martın 1-dən start verilib və cari ilin dekabrın 31-nə qədər davam edəcək. Lotereyada "AtaBank" ASC tərəfindən quraşdırılmış POS-terminallar vasitəsilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər. Kampaniyaya qatılmaq üçün "AtaBank" kartlarından istifadə etmək mütləq deyil.

Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartlarından yararlanmaq mümkündür. Hər 20 manat civarında keçirilmiş əməliyyata görə 1 kupon qazanmaq şansı yaranır, yetər ki, nağdsız əməliyyatlar "AtaBank"ın POS-terminalları vasitəsilə həyata keçirilsin. E.Babaşlı bildirib ki, ötən il keçirilən kampaniyada təxminən 18 min şəxs iştirak edib və qaliblərin, mükafat qazananların sayı isə 700 nəfər olub.

Bu dəfə isə bankın kampaniya ilə bağlı ayırdığı uduş fondunun həcmi daha da böyüyüb, məqsəd isə həm kampaniyaya qatılanların, həm də qazananların sayının daha çox olmasıdır: “Kampaniya ərzində ümumu 20 min kupon çap olunacaq ki, bunlardan da 3792 ədədi uduşludur.

Maksimal məbləği 1000 manat, cəmi uduş fondu isə 35750 manat təşkil edəcəkdir. Bu isə o deməkdir ki, kuponların 18,5% -i uduşlu olacaq”.

Etibar Babaşlı həmçinin vurğulayıb ki, kampaniyanın keçirilməsində məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılması prosesində daha yaxından iştirak etməkdir. Belə ki, bu, təkcə dövlətin istəyi ilə bağlı deyil, həm də bankın əsas strateji məqsədlərinə uyğundur. Ölkədə keçirilən nağdsız əməliyyatların stimullaşdırılmasında əslində bütün banklar maraqlıdırlar.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL