waplog

Bu gün mikrofonun ad günüdür


Səsi emal edən istənilən texniki qurğunu onsuz təsəvvür etmək mümkün deyil. Bu əvəzolunmaz cihaz adi mikrofondur. Martın 4-də "dünyaya gələn" mikrofon hər il bu tarixdə öz ad gününü "bayram edir". Məhz 1877-ci ilin 4 martında amerikalı mühəndis-ixtiraçı Emil Berliner geniş tamaşaçıya elektrik siqnallarına səsli dalğaları dəyişdirməyə icazə verən sistemi təqdim edib.

Bu qurğunun yaradılması zərurəti elektrikin xüsusiyyətlərini öyrənən elmin sürətli inkişafı ilə əlaqədar ortaya çıxıb. Belə ki, artıq müəyyən məsafələrə elektrik siqnallarının ötürülməsi üsulu ixtira olunmuşdu, məftillər və Morze əlifbası ölkənin müxtəlif hissələrində ünsiyyət saxlamağa imkan verirdi.

Ancaq kommunikasiyanın belə üsulunun effektivliyi mütəxəssisləri və elmi araşdırmaları bu sahədə daha da irəli gedərək, ən yaxşını arzu etməyə təhrik edirdi. Buna görə də dünyanın müxtəlif ölkələrində alimlər informasiya mübadiləsinin daha təkmilləşdirilmiş üsulunun axtarışlarını davam edirirdilər.

Beləliklə, müxtəlif inkişaf mərhələləri keçən mikrofon bu gün də audio səs emalının ən çox tələb edilən cihazı kimi, lider mövqeyini qorumaqdadır.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL