Hamı bu “ağıllı” telefonları səbirsizliklə gözləyir (FOTOLAR)
"BlackBerry Z10"
Kanadanın "Blackberry" (əvvəlki "Research In Motion") şirkəti 2013-cü ildə rəsmi olaraq "BlackBerry Z10" adlanan "ağıllı" telefon təqdim edib. Ekspertlərin fikrincə, o, "iPhone 5" ilə ciddi rəqabət apara biləcək. "Z10" modelinin özünəməxsus xüsusiyyətləri var: o, düymələrə malik deyil, bu model şirkətin tamamilə sensor idarəetməyə malik ilk məhsuludur. "Ağıllı" telefon Böyük Britaniya və Kanadada artıq satılır. ABŞ vətəndaşları marta kimi gözləməli olacaqlar.
"BlackBerry Z10" adlanan cihaz 1280 x 768 piksel təsvir ölçüsünə malik 4,2 düymlü sensor ekranla təchiz edilib. O, 1,5 QHs takt tezlikli ikinüvəli "TI OMAP 4470" prosessoru, 2 QB həcmində əməli yaddaş və 16 QB daxili yaddaşla təchiz edilib.
Cihaz iki meqapiksel təsvir ölçüsünə malik ön və səkkiz meqapikselli arxa kamera ilə təchiz edilib. "Ağıllı" telefon, həmçinin "Wi-Fi", "LTE", "Bluetooth", "NFC" modullarına malikdir.
"Sony Xperia Z"
"Sony" şirkəti "CES 2013" sərgisində "Xperia Z" "ağıllı" telefonunu təqdim edib. O, 5 düymlü ekranla təchiz olunub. "Xperia Z"-in ekranının təsvir ölçüsü 1920x1080 nöqtə (Full HD) təşkil edir. Telefon dördnüvəli "Snapdragon S4 Pro" prosessoru və 2 qiqabayt əməli yaddaşla təchiz edilib.
"Xperia Z" "ağıllı" telefonu toza və suya qarşı davamlıdır. Qeyd edək ki, "Sony" şirkəti əvvəllər də su və toz keçirməyən aparatlar istehsal edib. Yeni "ağıllı" telefon 2 daxili kamera (ön paneldə 2 meqapiksel və arxa paneldə 13 meqapiksel) ilə təchiz edilib. Əsas kamera sürətli çəkiliş rejimində saniyədə 10 kadr çəkə bilər.
"Ağıllı" telefonun batareyasının tutumu 2330 milliamper/saat təşkil edir. Aparatda avtonom iş müddətini artırmağa imkan verən "Stamina" rejimi mövcuddur.
"Xperia Z" "ağıllı" telefonu "LTE" şəbəkələrini və "NFC" simsiz rabitə texnologiyasını dəstəkləyir.
Aparata "Android 4.1" platforması quraşdırılıb. Cihaz 2013-cü ilin birinci rübündə satışa çıxarılacaq. Fevralın 28-dən etibarən Avropa bazarında 650 dollar qiymətinə əlçatandır.
Lamborghini və CAVIAR iPhone 5 Titano Diabolo
Tanınmış "Lamborghini" ticarət markasının mütəxəssisləri əsl kişilər üçün "ağıllı" telefon yaratmaqdan ötrü italiyanın "Perla Penna" zərgərlik evi ilə səylərini birləşdirib. Bu model odda yanmayacaq, turşuda həll olmayacaq.
Vertu Android "Vertu" şirkəti "Android" mobil əməliyyat sistemi ilə işləyən ilk "ağıllı" telefonunu istehsal edəcək. Yeni model "Vertu Ti" adlandırılacaq və ona "Android 4.0.4 Ice Cream Sandwich" platforması quraşdırılacaq.
Cihaz 800 x 480 piksel təsvir ölçüsünə malik ekranla təchiz ediləcək.
"Vertu Ti" aparatı 1,5 QHs takt tezlikli ikinüvəli "Qualcomm MSM8260 Snapdragon" prosessoru ilə təchiz ediləcək, həmçinin "NFC" və "Bluetooth 4.0" texnologiyalarını dəstəkləyəcək.
Akkumulyator batareyasının həcmi 1250 milliamper/saat təşkil edəcək. İlkin məlumatlara görə, yeni "Vertu"-nun qiyməti 4-10 min dollar arasında dəyişiləcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL