waplog

Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin innovasiyaların təqdimatı və mübadiləsi keçiriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə cari il aprelin 23-24-də Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirliklərinin yüksəksəviyyəli rəsmilərinin iclası, aprelin 25-26-da isə əmək nazirlərinin konfransı keçiriləcək.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə ƏƏSMN-dən məlumat verilib. Nazirlik bildirir ki, hər iki tədbir İƏT ölkələri arasında əməkdaşlıq üçün dayanıqlı platformanın inkişaf etdirilməsi, mütərəqqi ideya və innovasiyaların təqdimat və mübadiləsi, habelə ölkəmizdə əmək bazarının inkişafı, işsizlik səviyyəsinin azaldılması və əhalinin rifah halının yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərin təbliği məqsədinə xidmət edir.

Qeyd edək ki, 10 sentyabr 2011-ci il tarixində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzv dövlətlərinin əmək nazirlərinin Türkiyənin İstanbul şəhərində keçirilən ilk görüşündə müzakirə olunan əməkdaşlıq perspektivlərinin davamlılığının təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti konfransın Azərbaycanda keçirilməsi barədə təşəbbüs irəli sürülüb.

Təşəbbüs yekdilliklə dəstəklənib və qeyd olunan tədbirlərin Bakıda keçirilməsi ilə bağlı İƏT Katibliyi ilə nazirlik arasında razılıq əldə olunub. «Hər iki tədbir İslam dünyası, eləcə də digər xalqlar arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsində ölkəmizin getdikcə artan rolunun növbəti əməli təsdiqidir».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL