waplog

“Azərpoçt”un beynəlxalq banklararası pul köçürmələri sisteminə keçidi yekunlaşdı


"Azərpoçt" MMC-nin beynəlxalq banklararası pul köçürmələri sisteminə keçidi tam yekunlaşıb. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə "Azərpoçt" MMC-dən məlumat verilib.

Müəssisədən bildirilib ki, Mərkəzi Bankın tələblərinə görə bütün banklar kimi "Azərpoçt" MMC də yeni beynəlxalq bank hesabına keçib.

Qeyd edək ki, yeni sistem səhv hesablara (hesabdan hesaba) pul köçürmələrinin qarşısını alacaq. Əgər hesabda hər hansı rəqəm səhvi olarsa, sistem əməliyyatı qəbul etməyəcək.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL