Fərdi kompüter bazarında azalma bu ildə də davam edəcək
2012-ci ildə kompüter sənayesində on il ərzində ilk dəfə olaraq azalma qeydə alınıb. “IDC” analitiklərinin proqnozuna görə, bu mənfi dinamika cari ildə də davam edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə fərdi kompüterlərin (FK) tədarük həcminin 1,3% azalacağı gözlənilir. Lakin bu, ötən ilin müvafiq göstəricisindən yaxşıdır.
Xatırladaq ki, ötən il FK bazarında 3.7% azalma qeydə alınmışdı. “Windows 8” əməliyyat sisteminə böyük ümidlər var, lakin yeni proqram platformasının çıxarılması kompüter satışlarının həcminə nəzərəçarpacaq dərəcədə təsir göstərməyib.
“Gartner” analitik şirkəti hesab edir ki, FK-də sensor funksiyalarının mövcudluğu alıcılarda maraq oyatmağa müvəffəq olmayıb. Kompüter sənayesində artım tempinin qarşısını alan digər amillər kimi planşetlərin populyarlığı, inkişaf etmiş ölkələrdə bazarın “dolması” və inkişaf etməkdə olan regionlarda artım tempinin zəifləməsi göstərilib.
2013-cü ilin ikinci yarısında FK bazarının vəziyyəti “Windows 8” platformasının populyarlaşması sayəsində sabitləşə bilər. “Microsoft” şirkəti “Windows XP” ƏS-nin dəstəklənməsini dayandırmağa hazırlaşır ki, bu da istifadəçiləri yeni fərdi kompüter satın almağa və əməliyyat sisteminə keçməyə vadar edə bilər.
“IDC” analitik şirkətinin proqnozuna görə, 2013-cü ildə dünyada 203,8 milyon yığcam kompüter tədarük ediləcək. 2017-ci ildən onların sayı 241 milyon olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL