waplog

25 dollarlıq kompüter bestseller olub


"Linux" əsasında işləyən 25 dollarlıq "Raspberry Pi" kompüterinin istehsalçıları layihəni işə saldıqdan bir il sonra milyon qurğu satıblar. İstehsalçılar belə uğur əldə edəcəkləri barəsində düşünmədiklərini etiraf ediblər.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, ötən il fevralın 28-də "Raspberry Pi" kompüterinə sifarişlərin qəbuluna başlanılıb.

Cihazın satışı ilə məşğul olan Britaniyanın iki onlayn mağaza saytları sistemi satın almaq istəyənlərin axınının öhdəsindən gələ bilməyib və dərhal oflayn olub. "Raspberry Pi" ilk əvvəl uşaqlara proqramlaşdırmanın əsaslarını öyrətmək üçün qurğu kimi nəzərdə tutulmuşdu. Lakin entuziastlər (bütün qüvvəsilə, böyük şövq və həvəslə işləyən adam) də bu ucuz kompüterə böyük maraq göstərməyə başladı. Məsələn, ondan oyuncaq vertolyotu və ya musiqi alətlərini idarə etmək üçün istifadəyə başladılar.

Yığcam kompüter 700 MHs takt tezlikli "Broadcom" ARM-prosessor, 256 MB əməli yaddaş və güclü qrafik çiplə təchiz edilib. Həmçinin "RCA", "HDMI" interfeysləri və şəbəkəyə qoşulma üçün "Ethernet" portu mövcuddur. "Raspberry Pi" kompüteri "SD" yaddaş kartından yüklənilən "Linux" əməliyyat sisteminin distribütivi əsasında işləyir. "Siçan" və ya klaviatura kimi xarici qurğular "USB" portu vasitəsilə qoşulur.

Kompüterin korpusu yoxdur və o, kredit kartı ölçüsündədir. "Raspberry Pi" kompüterinin qiyməti modeldən asılı olaraq 25-35 dollar arasında dəyişilir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL